YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyət və turizm naziri Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir.
Nazirlikdən bildirilib ki, aprelin 14-də işə başlayan sammitin ilk günündə dünyanın turizm nazirləri və ən qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında “dəyirmi masa” keçiriləcək.
Eyni zamanda sammit çərçivəsində cari il mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMTDTT-ün dəstəyi ilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq. Bu məqsədlə Əbülfəs Qarayevin BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü və bir sıra digər ikitərəfli görüşlər planlaşdırılır.
Sammitə aprelin 15-də yekun vurulacaq.