YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar partiya veteranlarının iştirakı ilə tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin adını daşıyan parkda dahi şəxsiyyətin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, ömrünü xalqının firavan həyatına həsr edən, əziz xatirəsi hörmətlə yad edilən ulu öndər Heydər Əliyev cəmi 10 il ərzində müstəqil Azərbaycanı güclü ordusu, sosial-iqtisadi və hüquqi sistemi, praqmatik xarici siyasət və neft strategiyası olan müstəqil milli dövlətə çevirdi. Bu gün də Azərbaycan Heydər Əliyevin ideyaları əsasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, möhkəmlənir.

Partiya veteranları Elmira Şıxəliyeva, Qasım Hüseynov, Mehrab Abdurahmanov, Həsən Hidayətov, Sevil Osmanova, Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vaqif Alıyev bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndər bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti - Azərbaycanı bizə bəxş etdi.

Sonda rayon təşkilatının rəhbərliyi tərəfindən partiya veteranlarının bir qisminə hədiyyələr təqdim edilib.