YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbəti plenar iclası işə başlayıb

Aprelin 14-də Milli Məclisin növbəti plenar iclası işə başlayıb.
Parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olundu.
Sonra cari məsələlərin müzakirəsinə başlandı.
İclasda Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında parlamentin qərarı qəbul ediləcək.
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolu"na Doha Düzəlişinin təsdiq edilməsi barədə, "Beynəlxalq dəmir yolu daşımaları haqqında Konvensiya"ya (KOTİF) qoşulmaq barədə, "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə bp Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə və "Qiymətli kağızlar bazarı haqqında" qanun layihələri müzakirə olunacaq.
İclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinləniləcək.