YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyev müdrikliyi və cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdı

“Ulu Öndər Heydər Əliyev müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınıb, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib. Təsadüfi deyildir ki, XX əsrin son onilliyi dönəmində dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik inkişafı, beynəlxalq nüfuzunun artması Ulu Öndər Heydər Əliyevin səmərəli fəaliyyəti ilə əlaqəlidir. Məhz Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinə müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdu: “Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdi. Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuş, sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoymuşdu. Siyasi islahatların aparılması, demokratik inkişafla bağlı önəmli qərarların verilməsi, qanunların qəbul edilməsi, iqtisadi sahədə liberallaşma siyasətinin həyata keçirilməsi və bazar iqtisadiyyatına keçid məhz Ümummilli  Lider Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdi”.

“Ulu Öndər Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Bu mənada, Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdı.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi: “Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Onun rəhbərliyi  ilə Azərbaycanın rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi”.

DİGƏR Xəbərlər Arxiv