YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tahir Budaqov: Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib

“Bu gün Azərbaycan xalqının tarixində əlamətdar bir gündür. Biz bu gün ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd edirik”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib. Qədirbilən xalqımız da Ümummilli Liderimizin əziz xatirəsini daim uca tutur.

“Ulu öndər Heydər Əliyev dövlətimiz və xalqımız üçün müstəsna xidmətlər göstərib, müasir müstəqil Azərbaycan dövlətini qurub. Bu gün vətəndaşlarımız Azərbaycanın dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilməsi, ən əsası torpaqlarımızın işğaldan azad olunması istiqamətində görülən işlərin təməlini qoyan bu dahi insana ehtiram əlaməti olaraq Fəxri xiyabana axın edir, onun əziz xatirəsini uca tutaraq hörmətlə yad edirlər”, - deyə YAP sədrinin müavini vurğulayıb.