YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü və “Şuşa İli” ilə əlaqədar tədbir keçirilib

Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və “Şuşa İli” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Səmədabad, Amankənd və Zəhmətabad kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatı 25 saylı şəhər ərazi partiya təşkilatının sədri Xanımgül Abıyeva Ulu Öndərin Vətən və xalq qarşısında xidmətlərindən danışıb.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və formalaşmasındakı rolundan və 2022-ci ilin “Şuşa İli” elan edilməsinin tarixi əhəmiyyətindən bəhs edib.

Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii hissə ilə davam edib.

Sonda YAP sıralarına yeni qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.