YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuz rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini-futbol turniri keçirilib

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Oğuz rayonunda mini-futbol turniri təşkil edilib.

Mini-futbol turniri YAP Oğuz rayon təşkilatının, rayon Gənclər və İdman idarəsinin, rayon Təhsil şöbəsinin, Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə ümumilikdə "YAP Oğuz", "OğuzRİH", "OğuzPeşə" və "Bayan tam orta məktəb" adı altında 4 komanda mübarizə aparıb. Yarışın qalibi "OğuzPeşə" komandası olub. Keçirdiyi oyunların hər birində qalib gələrək maksimum nəticəyə imza atıblar.

Turnirin sonunda qaliblərə mükafatlar təqdim olunub.