YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Binəqədi rayonunun Xocasən qəsəbəsinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında YAP Səbail rayon “Xəqani küçəsi 33” (Azərbaycan Respublikası Hesablama Palatası) ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Aksiyanın keçirilmə məqsədi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək ölkəmizdə ekoloji təmizliyi qorumaq, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ətraf mühitin mühafizəsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində gördüyü işlər gələcək nəsillər üçün hər zaman bir nümunədir. Bu gün də respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması, geniş yaşıllıqlar zolaqlarının salınması ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində olub.