YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş velosiped yürüşü keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunub.

10-dan artıq həvəskar velosipedçinin iştirak etdiyi turnirin təşkilində əsas məqsəd insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olub.