YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş respublika konfransı keçirilib

Kəlbəcər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi və Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş respublika konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleksi ziyarət ediblər.

Kəlbəcər Rayon İcra Hakimiyyətində davam edən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən bəhs edib. Bildirib ki, bu tarixi qələbə nəticəsində respublikanın yüzlərlə yaşayış məntəqəsində məskunlaşmış kəlbəcərlilərin didərginlik həyatına son qoyulub.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən müdrik siyasət nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab kimi başlayan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində ulu öndər Heydər Əliyevin müqəddəs Ata vəsiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilib.

Konfransda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Ulu öndər Heydər Əliyev və gənclərin milli-mənəvi tərbiyəsi”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov “Görkəmli dövlət və ictimai-siyasi xadimlər ulu öndər Heydər Əliyev haqqında” mövzularında məruzə ediblər.

Sonra Aşıq Şəmşirin ulu öndər Heydər Əliyevə həsr etdiyi şeirlərin əsasında Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyi tərəfindən hazırlanmış “Zərli tac kamallı başa yaraşır” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, “Elm” Nəşriyyatı və “Akademkitab” Birliyi tərəfindən Kəlbəcər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edilmiş kitablardan ibarət sərgiyə baxış keçirilib.

DİGƏR Xəbərlər Arxiv