YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Avropa ictimaiyyəti bu möhtəşəm tədbiri maraqla gözləyir

«İlk Avropa Oyunları ərəfəsində ölkəmizdəki bəzi dairələr  xalqımıza qarşı əks mövqedə dayanır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki,  hazırda ilk Avropa Oyunlarına yüksək hazırlıq işləri  gedir. Onun sözlərinə görə, bu Oyunların bir çox ölkələrdə uğurlu  təqdimatı keçirilir.

«Avropa ictimaiyyəti bu möhtəşəm tədbiri maraqla gözləyir. Avropa mətbuatı da bu məsələni diqqət mərkəzində saxlayır. Təəssüf ki, ölkəmizin daxilində bəzi qüvvələr xarici dairlərlə əlbir olub bu uğurumuza kölgə salmaq istəyirlər. Amma onların niyyətləri heç zaman reallaşmayacaq»- deyə,  YAP Siyasi Şurasının üzvü vurğulayıb.