YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə-bulaq kompleksi inşa olunub

Ağdam rayonunun Evoğlu kəndində Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Abidə-bulaq kompleksinin açılışı zamanı Evoğlu kənd tam orta məktəbinin şagirdləri qəhrəmanlara, şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv