YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Nikzad: Üzv ölkələr arasında sıx əməkdaşlığı təmin etməklə inkişafa nail olmaq mümkündür

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin təbii ehtiyatları çox zəngindir. Ticarət, iqtisadiyyat və digər sahələrdə inkişafa kollektiv təşkilat qurmaqla və sıx əməkdaşlığı təmin etməklə nail olmaq mümkündür.

Bu fikirləri İran İslam Şurası Məclisinin sədr müavini Əli Nikzad mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.

2021-ci ilin noyabrında keçirilən Zirvə toplantısında mühüm məsələlərin müzakirə olunduğunu qeyd edən Ə.Nikzad İƏT-ə üzv ölkələr arasında regional ticarətin, parlamentlərarası, turizm əlaqələrinin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Davamlı məsləhətləşmələrə ehtiyac olduğunu bildirən iranlı parlamentari konfransın ümumi işə töhfə verəcəyinə əminliyini ifadə edib.

DİGƏR Xəbərlər Arxiv