YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda Milli Qəhrəman Hidayət Rüstəmovun əziz xatirəsinə həsr olunmuş filmin təqdimatı olub

Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmovun əziz xatirəsinə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, “Həyat Fondu”nun rəhbəri Hacı Nuran, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər güllər düzülüb, Ümummilli Liderin xatirəsinə ehtiram ifadə olunub.

Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, Vətən oğullarının ruhlarına dualar oxuyublar.

Tədbirdə çıxış edən Ağdam RİH başçısı Vaqif Həsənov və başqaları Vətənimizin azadlığı uğrunda canından keçmiş oğullarımızın qəhrəmanlıqlarından bəhs edib, onların əziz xatirələrinin qəlbimizdə daim yaşayacağını bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmovun əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv