YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tour d’Azerbaïdjan-2015” veloyürüşünün sonuncu üç mərhələsi “Eurosport” telekanalı ilə birbaşa yayımlanacaq

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün başlanmasına 20 gün qalır. Mayın 6-dan 10-dək keçiriləcək beşgünlük yarışın sonuncu üç mərhələsi planetin nüfuzlu “Eurosport” telekanalı ilə birbaşa yayımlanacaq. İlk iki mərhələ isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) bildiriblər ki, AVİF tərəfindən hazırlanmış musiqili tanıtım videoçarxı martın 21-dən telekanalda yayımlanır. Bundan başqa, “Eurosport”un öz təşəbbüsü ilə “Tour d’Azerbaïdjan-2015” ilə bağlı daha bir videoçarx hazırlanıb və yayım proqramına salınıb.
Qeyd edək ki, bu, telekanal tarixində ilk belə haldır. “Eurosport” 2.1 kateqoriyalı turnirlərlə bağlı heç vaxt belə bir addım atmayıb. Bunadək “Eurosport” yalnız “Tour de France”, “Vuelta”, “Giro d’İtalia” və digər dünya turları ilə bağlı özünün hazırladığı videoçarxları yayımlayıb.