YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər müzakirə olunub

Aprelin 15-də Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov gündəlikdəki məsələ - “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, Əsasnamə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilib.
Diqqətə çatdırılıb ki, qanun layihəsinə görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə ölkəmizin hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər.
Məlumat verilib ki, bu dəyişikliklər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmaq məqsədi ilə nəzərdə tutulub.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.