YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Ermənistan müxtəlif bəhanə və manevrlərlə vaxtı uzatmaq istəyir

“2020-ci il 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi zəfəri ilə başa çatdı. Ancaq qalib ölkə olmasına baxmayaraq Azərbaycan yenə sülhsevər və humanizm prinsiplərinə sadiqlik nümayiş etdirir. Azərbaycan əbədi sülhün əldə edilməsi və regionda iqtisadi inkişaf üçün səylərini davam etdirir”. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə gözlənilən növbəti görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bu məqsədlə sülh təklifi irəli sürüb: “Ancaq təəssüflər olsun ki, Ermənistan bu sülh təklifinə adekvat reaksiya vermir, regionda əbədi sülhə və inkişafa yönəlmiş addımlara dəstək verəcək hansısa fəaliyyət sərgiləmir. Hər halda istər 2020-ci il 10 noyabr bəyanatının, istərsə də ondan sonra əldə edilən razılaşmaların Ermənistan tərəfindən tam şəkildə yerinə yetirilməməsi bunu deməyə əsas verir”.

Millət vəkili deyib ki, Ermənistan müxtəlif bəhanə və manevrlərlə vaxtı uzatmaq istəyir: “Elə Azərbaycanın irəli sürdüyü 5 bəndlik təklifə qarşı sərgilənən mövqe də Ermənistanın bu xisləttindən xəbər verir. Belə ki, Ermənistan sülh razılaşması üçün 6 bəndlik təkliflə çıxış edib və 6-cı bənd kimi ora ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsini şərt olaraq irəli sürüb. Hərçənd ki, ATƏT-in Minsk qrupu artıq öz fəaliyyətini başa yurub. Burdan da belə bir qənaətə gəlmək olar ki, Ermənistan yenə də vaxtı uzatmaq və slüh müqaviləsinin imzalmaqdan yayınmaq istəyir”.

N.Həmzəyev qeyd edib ki, sonuncü Brüssel görüşündə əldə edilmiş razılığa əsasən aprelin sonuna qədər işçi qrup formalaşdırılmalı və sərhədlərin delmitasiyası ilə bağlı real fəaliyyətə başlanmalı idi: “Brüssel görüşündən sonra nəzərə çarpan irəliləyiş Azərbaycan və Ermənsitan xarici işlər nazirlərinin telefon danışıqları baş tutdu, daha sonra isə onların real görüşləri oldu. Ancaq təəssüflər olsun ki, bu görüşlərdən sonra hələ hər hansı irəliləyiş qeydə alınmayıb. Eyni zamanda məhz Ermənistanın günahı ucbatından işçi qrupları arasında görüş təxirə salınıb. Nəticə etibarı ilə Ermənistana olan beynəlxalq etimad günü-gündən azalmaqdadır”.

Brüsseldə tərəflər arasında növbəti görüşün məhz bu ərəfədə keçirilməsinə gəlincə millət vəkili hesab edir ki, bu görüş daha gərgin keçəcək: “Çünki Ermənistan ötən vaxt ərzində etibsarsız tərəf olduğunu bir daha sübut etdi. Ona görə də bu görüşdə artıq əvvəlki görüşlərdən fərqli olaraq Ermənistanın real addımlar atması və ya hansisa bir sənədin imzalanması ehtimal edilir. Yəni sonuna qədər bu cür davam edə bilməz”.