YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Litva arasında əməkdaşlıq əlaqələri inkişaf etməkdədir

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri 

Azərbaycanın xarici siyasi strategiyasının mühüm tərəflərindən birini Avropa ölkələri ilə münasibətlər təşkil edir. Dövlətimiz Avropa İttifaqına daxil olan ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa böyük önəm verir. Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə ölkəmizin arasında bütün sahələrdə əməkdaşlıq olmuşdur. Bu gün də dövlətlərimiz arasında hərtərəfli əməkdaşlıq yeni dövrün tələblərinə uyğun şəkildə qurulur.

Bu istiqamətdə Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir. Unutmaq olmaz ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb.

Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Bu istiqamətdə mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrimizə mühüm töhfə olacaq. Litva Prezidentinin bu səfəri Litva ilə Azərbaycan arasında 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin əks etdirməklə, əməkdaşlığımızın strateji mahiyyətini təsdiqlədi. Səfər zamanı həm ikitərəfli əməkdaşlıq - iki ölkə arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həm Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət, həm də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın aktual məqamları müzakirə olunub.

Azərbaycan--Litva ilə əlaqələrin dərinləşdirilməsi iki ölkə üçün daha geniş imkan və perspektivlər açmaqla, ölkəmizin Avropa İttifaqı əlaqələrə dair planlarının gerçəkləşməsinə dəstəkdir. Həmçinin səfər bütün sahələr üçün, xüsusilə iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə gətirib çıxaracaq. Azərbaycan-Litva biznes forumunun keçirilməsi və bir sıra sənədlərin imzalanması hər iki ölkə üçün son dərəcə əhəmiyyətlidir.

Cənubi Qafqazın iqtisadi mərkəzi olan Azərbaycan Baltikyanı ölkələr üçün kifayət qədər cəlbedicidir. Xüsusən Litva Azərbaycanla strateji əməkdaşlıq sahəsində daha çox irəliləyişə nail olmuşdur. Litva “Şərq tərəfdaşlığı” siyasətində Polşa ilə aparıcı mövqeni bölüşür. Avropa İttifaqında Cənubi Qafqazla bağlı qərarların qəbul edilməsində Litvanın səsi, eyni zamanda, Latviya və Estoniyanın səsi deməkdir. Bu baxımdn Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. 

Azərbaycanın əsas marağı Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevirməkdir. Lakin, Ermənistan əvvəlki illərdə olduğu kimi Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına maraq göstərmir. 

Bölgədə sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına tam uyğundur. Bu istiqamətdə Ermənistanın tutduğu məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. 

Bu əngəllərə baxmayaraq, Azərbaycan inkişaf və tərəqqi yolunda inamla irəliləyir, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini davam etdirir. Dövlətimizin başçısının Qarabağın dirçəldilməsi sahəsində həyata keçirdiyi bütün tədbirlər bunun bariz nümunəsidir.