YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə şəhid Seymur Abbasovun doğum günü qeyd olunub

Göygöl rayonunda Vətən müharibəsi şəhidi leytenant Seymur Abbasovun doğum günündə xatirəsi anılıb.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, müharibə iştirakçıları,rayon ictimaiyyətinin nümayəndələri şəhidin Göygöl rayonundakı Şəhidlər xiyabanında məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Sonra tədbir iştirakçıları şəhid Seymur Abbasovun xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışına qatılıblar.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin ailəsini də ziyarət edib, qayğı və problemləri ilə maraqlanıb. Rayon təşkilatı tərəfindən hazırlanan xatirə hədiyyəsi şəhidin ailəsinə təqdim olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.