YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqa səfər edəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün aprelin 16-da Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində sədr Oqtay Əsədov MDB PA-nın Şura iclasına qatılacaq. Şurada təşkilatın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlər müzakirə olunacaq, Parlamentlərarası Assambleyanın ötənilki fəaliyyətinin nəticələri dinləniləcək.
Qurumun plenar iclasında Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə, sərhəd təhlükəsizliyi, auditor fəaliyyəti haqqında model qanun layihələrinə və digər məsələlərə baxılacaq.
Deputatlarımız qurumun sosial siyasət və insan hüquqları, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, hüquqi məsələlər, elm, təhsil üzrə daimi komitələrinin iclaslarında müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Nümayəndə heyətimizin üzvləri səfər çərçivəsində 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılacaqlar.
Milli Məclis sədrinin tədbirlərdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər aprelin 17-də başa çatacaq.