YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın nüfuzu dünya ölkələri arasında artmağda davam edir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Mayın 18-də Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycan Avropa İttifaqı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini sübut edir.

Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının uzun tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu.

Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini, əməkdaşlığını dövlət və xalqın maraqları çərçivəsində qurur.

Ümumiyyətlə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir.

Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, eləcə də enerji, ticarət, investisiyalar və digər sahələr üzrə əlaqələr mövcuddur və bu əlaqələr yüksələn xəttlə inkişaf edir.

Münasibətlərin ən pik nöqtəsi isə Avropa İttifaqı ilə ölkəmiz arasında olan ticarət əlaqələridir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.

Rəsmi mənbələrdən verilən məlumatlarda bildirilir ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır və Aİ-nın bu regionda ticarətinin 78 faizi məhz ölkəmizin payına düşür. Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Ticarətin gücləndirilməsi üçün daha ciddi addımlar atılır. Ötən il bu qurumla ticarət dövriyyəsindəki 30 faiz artımın daha da çoxaldılması məqsədilə ticarət strukturunun artırılması prioritet vəzifə kimi qarşıya qoyulub. Bu məqəsədlə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri daha da gücləndirilir, texnologiyalar sahəsində yeni uğurlara imza atılır və informasiya əməkdaşlığı daha da inkişaf etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Çünki Avropa İttifaqı ölkələrinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycan əsas yer tutur.

Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir.

DİGƏR Xəbərlər Arxiv