YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Litva arasında güclü əlaqələr mövcuddur

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatın sədri

May ayının  18-də Litva Respublikasının Prezidenti  cənab  Gitanas Nausedanın ölkəmizə  rəsmi səfərə gəlmişdir. Səfər zamanı hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxış etmişdilər. Möhtərəm Prezidentimiz  çıxışı zamanı Litva ilə ölkəmiz arasında olan münasibətlərə toxunaraq qeyd etdi ki, ölkələrimiz uzun müddətdir  ki, strateji tərəfdaş olaraq fəaliyyət göstərirlər. Ölkə başçımız  bildirdi ki, ölkələrimiz arasındakı güclü siyasi əlaqələr mövcuddur. Məhz bu siyasi əlaqələr hər iki dövlətin  bir çox məsələlərin həllində  yaxınlaşmasına müsbət təsirini göstərir.

Qeyd etmək lazımdır ki, bu cür yaxınlaşma hər iki dövlətin iş adamlarlı arasında  biznes əlaqələrinin inkişafında son dərəcə təsir göstərir. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi əsasında  işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yarandı.  Forumdakı çıxışında dövlət başçımız vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirərək hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Bu gün Azərbaycan dövlətində  biznes inkişf etdirmək,  ölkədə iqtisadi əlaqələri qurmaq  mühiti çox əlverişlidir.

Prezident cənab İlham Əliyev  ölkəmizin  hazırkı vəziyyətini  analiz edərkən bildirdi ki, - “Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz işğalçı Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. Müharibənin başa çatmasından keçən dövr ərizndə sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır. Təəssüf ki, Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistanın razılaşdırılmış görüşü ləğv etməsi artıq prosesin davamlı olmasına əngəl kimi qiymətləndirilməlidir”.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti  Cənubi Qafqaz regionunda  sülhün,  digər dövlətlərlə əməkdaşlığın, qarşılıqlı əlaqələrin  qurulması üçün bütün imkanlardan maksimum istifadə edir ki,  bu da ölkəmizin  regionda olan yüksək nüfuzundan xəbər verir. 

Təəssüflə qeyd etmək lazımdır ki, 10 noyabr 2020 –ci il tarixli  koputaliyasına imza atmış  Ermənistan bölgədə yaranmış  reallıqlara   əməl etmək fikrindən müxtəlif bəhanələrlə  qaçmaq istəyir. Ancaq Ermənistan gec-tez Azərbaycanın onların qarşısında qoyduğu şərtlərlə razılaşıb, sülh müqaviləsinə imza atacaq.