YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Ağacan Cəbrayılovun xatirəsi doğum günündə anılıb

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və Aparatın əməkdaşları Vətən müharibəsində şəhid olan Cəbrayılov Ağacan Zakir oğlunun doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.

Şəhidin məzarı önünə tər gül dəstələri düzülüb, əziz xatirəsinə ehtiram ifadə olunub, ruhuna dualar oxunub.

Tədbir iştirakçıları şəhidin ailəsinə də baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Təşkilat sədri Tural Qasımlı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Vətən torpağının azadlığı uğrunda canından keçən Ağacanın və onun kimi minlərlə igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında əsrlər boyu qəhrəmanlıq dastanı kimi qalacaq, nəsildən-nəslə keçəcək.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv