YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəmil Çiçək: Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə Cənubi Qafqazda sülh bərqərar olmayacaq

Rusiyada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək TASS agentliyində keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən də danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Türkiyənin mövqeyinin bəlli olduğunu bildirərək deyib: “Biz imkan olduqca bu haqsızlığın bütün səviyyələrdə keçirilən görüşlərdə müzakirə edilməsinə çalışırıq. Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. Münaqişə başlayan vaxtlarda dünyaya gəlmiş uşaqlar bu gün artıq 22-23 yaşlarındadır, bir milyondan artıq insan yerindən-yurdundan didərgin düşüb. Lakin təəssüf ki, beynəlxalq aləmdə bu məsələyə münasibətdə ikili standartlar nümayiş olunur”.
Türkiyə parlamentinin sədri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə Cənubi Qafqazda sülh bərqərar olmayacaq. Bölgədə sülhün bərqərar olması üçün bu münaqişənin həll edilməsi vacibdir. Təəssüf ki, Minsk qrupunun problemin həlli istiqamətində vasitəçilik səyləri heç bir nəticə vermir və bu haqsızlıq hələ də davam edir.

 

DİGƏR Xəbərlər Arxiv