YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Xəyal Namazovun xatirəsi yad edilib

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Namazov Xəyal Xudaverdi oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər xiyabanında anım tədbiri keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qısa və mənalı həyat yolundan danışıblar. Bildirilib ki, Vətən torpağının azadlığı uğrunda canından keçən Xəyalın və onun kimi minlərlə igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında əsrlər boyu qəhrəmanlıq dastanı kimi qalacaq, nəsildən-nəslə keçəcək. 

Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasim Xocavənd 4 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə davam edib.