YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin iki ayında xarici ticarət dövriyyəsinin həcmi 25,5 faiz artıb

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən bu ilin yanvar-fevral aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 4041,7 milyon dollar məbləğində ticarət əməliyyatları aparıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmtəə dövriyyəsinin 57,8 faizini və ya 2334,6 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 42,2 faizini (1707,1 milyon dollarını) isə idxal məhsulları təşkil edib, ixracın idxalı üstələməsi nəticəsində 627,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 25,5 faiz, o cümlədən ixrac 20,4 faiz, idxal isə 42 faiz artıb. Əmtəə mübadiləsinin 9,9 faizi və ya 400,7 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 43,0 faizi və ya 1737,5 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 47,1 faizi (1903,5 milyon dolları) digər dövlətlərlə həyata keçirilib.
Azərbaycana idxal olunmuş malların 19,8 faizi və ya 338,3 milyon dollarlığı MDB üzvü ölkələrindən, 21,5 faizi və ya 366,7 milyon dollarlığı Avropa İttifaqı ölkələrindən, 58,7 faizi (1002,1 milyon dolları) digər dövlətlərdən daxil olub.
İxrac edilmiş malların 2,7 faizi və ya 62,4 milyon dollarlığı MDB üzvü ölkələrinə, 58,7 faizi və ya 1370,8 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 38,6 faizi (901,4 milyon dolları) digər dövlətlərə göndərilib.