YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Çanaqqala zəfəri türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir

Çanaqqala zəfəri türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. İşğalçı qoşunların birləşmiş qüvvələrinə, Türkiyə dövlətini birdəfəlik yox etmək siyasətinə qarşı türk xalqının və qəhrəman türk əsgərinin ölüm-qalım savaşı, dirənişi və mübarizəsidir.
Bu fikirləri aprelin 16-da jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Əli Həsənov deyib ki, Çanaqqalada türk əsgərləri və onlara qoşulan, sıralarında azərbaycanlıların da olduğu digər könüllülər, faktiki olaraq, türk xalqının iradəsinin məğlubedilməzliyini ortaya qoydular, xalqı və dövləti məhv olmaqdan xilas etdilər: “Bu zəfərin qeyd edilməsi ilə bağlı Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə tədbirlər planı hazırlanıb. Tədbirlər həm Türkiyədə, həm Azərbaycanda, həm də dünyanın ayrı-ayrı ölkələrində həyata keçirilir. Yekun tədbir olaraq aprelin 24-də Çanaqqalada dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr edilmiş təntənəli mərasim keçiriləcək”.
Əli Həsənov əminliklə bildirib ki, Azərbaycan Ordusunun günbəgün artan qüdrəti və hərbçilərimizin rəşadəti sayəsində ərazi bütövlüyümüz yaxın gələcəkdə bərpa olunacaq və qələbə bayrağımız Şuşada dalğalanacaq.

 

DİGƏR Xəbərlər Arxiv