YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Balkan yarımadasında daşqınlar onlarla insanın ölümünə səbəb olub

Balkan yarımadasında güclü yağışın səbəb olduğu daşqınlar onlarla insanın ölümünə səbəb olub. Daşqınlardan ən çox zərər çəkən Serbiyada on minlərlə insan təbii fəlakət zonalarından köçürülüb. Ölkənin Obrenovaç şəhərində 12 nəfərin öldüyü bildirilir. Xilasedicilər şəhərin küçələrində axtarışlar apararaq, fəlakət zonasında qalmış insanları evakuasiya edir, evini tərk etmək istəməyənləri isə ərzaq və su ilə təmin edir. Rusiya, Böyük Britaniya, Almaniya, Avstriyadan Serbiyaya humanitar yardım və xilasedicilər göndərilib.

Qeyd edək ki, regionu əhatə edən yağışlar Xorvatiya və Bosniya-Hersoqovinada da daşqınlara səbəb olub.   

DİGƏR Xəbərlər Arxiv