YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müahribəsi şəhidləri Elşən Niftullayevin və Kənan İbrahimlinin doğum günlərində xatirələri anılıb

Cəlilabad rayonunun Musalı kəndindən şəhid Niftullayev Elşən Əfqan oğlunun və Şiləvəngə kəndindən şəhid İbrahimli Kənan Azad oğlunun doğum günlərində xatirələri anılıb.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, təşkilat nümayəndələri və partiya fəalları şəhidlərin məzarlarını ziyarət edib, əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Vətən qəhrəmanlarının ailələrini də ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv