YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımız azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov 28 May - Müstəqillik Gününün Azərbaycan xalqının və dövlətinin tarixində şanlı səhifə olduğunu deyib. O, cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyət dövründə qısa zaman ərzində dövlət quruculuğu, qanunçuluq, ümumxalq əhəmiyyət kəsb edən bir sıra qanunlar toplusunun qəbul olunmasından, Azərbaycan dövlətçilik ənənələrinin bərpasından danışıb. Bildirib ki, Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir. Ulu Öndərin uzaqgörən siyasətinin uğurlu davamı Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı özünü bir daha büruzə verdi. Xalqımızın 30 illik torpaq həsrətinə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Vətən övladlarının şücaəti ilə son qoyuldu.

Həmçinin o da qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub.

Tədbirdə çıxış edən Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Səfərova, Tərtər rayon Azad Qaraqoyunlu kənd tam orta məktəbinin müəllimi Mehriban Hüseynzadə, İrəvanlı kənd ərazi partiya təşkilatının sədri Bəxtiyar Cəfərov, Tərtər rayon Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri Emin Pənahov, Tərtər şəhər İƏD ərazi partiya təşkilatının sədri Sahib Həsənov və Kəngərli kənd körpələr evi uşaq bağçasının müdiri Simnarə Hüseynova  ən şanlı və parlaq səhifələrindən olan 28 May - Respublika Gününün əhəmiyyətindən danışıb, həmin tarixin Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildiriblər.