YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux rayonunda 28 May - Respublika Gününə həsr edilən tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilən tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin baçşısı Alı Qocayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, müsəlman Şərqində ilk demokratik respublikanın 23 aydan sonra süquta uğramasının səbəblərindən danışdı. Natiq  Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan  Dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğulayıb.

Tədbirdə partiyanın fəal üzvləri Dilarə Əsgərova, Gülvin Babayeva və Əfqanə Umani çıxış edərək  Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd etdilər.

Sonra 28 May –Respublika gününə həsr edilmiş Bilik yarışında I yeri qazanmış Qarayeri 2 saylı məktəbin komandasına diplom, kubok və qiymətli hədiyyələr təqdim edildi.

Daha sonra isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunan II Qarabağ Müharibəsinin iştirakçıları Qurban Həsənova  “Füzulinin azad olunmasına görə”, Rüstəm Ramizliyə  “Füzulinin azad olunmasına görə” və  "Şuşanın azad olunmasına görə”, Müharib Qurbanova  “Füzulinin azad olunmasına görə” və  "Şuşanın azad olunmasına görə” medalları təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv