YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şirvan şəhər təşkilatı şəhid ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının əməkdaşları şəhidlər Məharət Həsənov, Nicat Hüseynov və Ramil Əliyevin ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin keçdikləri həyat yolundan və hərbi xidmətlərindən geniş bəhs olunub.

Şəhid ailəsi dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini çatdırıblar.