YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atırauda Xəzər regionunun ekoloji problemlərinə dair konfrans-sərgi keçiriləcək

Aprelin 28-29-da Qazaxıstanın Atırau şəhərində “Ekologiya və yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi” adlı konfrans və sərgi keçiriləcək.
Tədbirin təşkilatçısı olan “Confidence Capital” şirkətindən bildiriblər ki, bu konfrans Xəzər regionunda neft-qaz sənayesinin texnoloji və ekoloji təhlükəsizliyinə yönəlmiş yeganə tədbirdir. Konfrans çərçivəsində Yerin təkindən istifadə edən, avadanlıq göndərən və servis xidmətləri göstərən şirkətlərin nümayəndələrinin ən yaxşı təcrübələri və nailiyyətləri təqdim olunacaq.
Texnologiya və xidmət sərgisində neft axıdılmasının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması, neft şlamlarından istifadə edilməsi yolları, habelə nefttoplayan robotlar, neft axınının peyk vasitəsilə izlənilməsi, skimmerlər, bonlar, boru kəmərlərinin və yanacaq-energetika kompleksi obyektlərinin monitorinqi texnologiyaları, aparıcı xarici və yerli ölkə istehsalçılarının digər araşdırmaları nümayiş etdiriləcək.
Tədbir regionun neftçıxarma və servis şirkətlərinin, xarici avadanlıq istehsal edən və servis xidmətləri göstərən aparıcı şirkətlərin nümayəndələrini bir araya toplayacaq.

 

DİGƏR Xəbərlər Arxiv