YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-mart aylarında Azərbaycan 8,4 milyon tondan çox neft ixrac edib

Bu ilin birinci rübündə Azərbaycan 8 milyon 417 min 368 ton neft ixrac edib. Yanvar-mart aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə 6 milyon 679 min 95 ton, Bakı-Supsa neft boru kəməri ilə 1 milyon 92 min 889 ton, Bakı-Novorossiysk neft kəməri ilə isə 339 min 491 ton neft ixrac olunub. Ölkədən 305 min 891 ton neft isə dəmir yolu nəqliyyatı ilə daşınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.