YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda 4 ay ərzində 11 milyard manatlıq məhsul istehsal edilib

2014-cü ilin yanvar-aprel aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 11 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. 

Dövlət Statistika Komitəsindən bildirmişlər ki, sənaye məhsulunda payı 72,5 faizə çatan mədənçıxarma bölməsində 14,1 milyon ton neft, 6,1 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil olunmuşdur. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 20,8 faizini təşkil etmişdir. Qida, toxuculuq, geyim, ağac emalı və ağac məmulatları, tikinti materialları, hazır metal məmulatları, maşın və avadanlıqlar, avtomobil və qoşqular, digər nəqliyyat vasitələri istehsalında daha çox artım qeydə alınmışdır. İstehsal edilmiş sənaye məhsulunun 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 4,3 faiz üstələmiş, neft-qaz sektorunda isə 2,9 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,3 faizini mallar (əmtəələr), 6,7 faizini isə sənaye xarakterli xidmətlər təşkil etmiş, məhsulun 80,1 faizi özəl bölmədə istehsal olunmuşdur.