YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan və Türkiyə cəmiyyətinin Avropa Parlamenti ilə normal əməkdaşlığa inamı qalmayacaq

"Avropa Parlamentinin uydurma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə bir daha bu təşkilatın ikiüzlü siyasətinin göstəricisidir. Bu fakt eyni zamanda,  xristian təəssübkeşliyini ortaya qoyur. Belə bir şəraitdə Azərbaycan və Türkiyə cəmiyyətinin bu təşkilatla normal əməkdaşlığına inamı qalmayacaq. Çünki belə qərarlarla Avropa Parlamenti normal əməkdaşlığa maraqlı olmadığını göstərir". Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Roma Papasının məlum bəyanatından sonra Avropa Parlamentinin belə bir sənəd qəbul etməsi proseslərin vahid şəbəkə tərəfindən idarə olunduğunu  göstərir. Onun sözlərinə görə, əgər AP və digər Avropa qurumları ədalətlidirsə və insan haqlarının müdafiəçiləridirsə, 23 il öncə baş vermiş Xocalı soyqırımını tanımalıdırlar.

"Çünki Xocalı qətliamı müasir dövrümüzdə baş verib və real faktlarla sübut olunub. Amma bunu əvəzində 100 il öncə cərəyan edən proseslər siyasiləşdirib onu gündəmə gətirmək və "erməni soyqırımı" gününün qeyd olunmasını, tanınmasını tövsiyə etmək AP-nin yalnız siyasi məqsədlərə xidmət etməsinin göstəricisidir. Bilirsiniz ki, Türkiyə hökuməti dəfələrlə arxivlərin açılmasını və tarixçilərin bu məsələni araşdırıb qiymət verməsini təklif edib. Amma Ermənistan bu təklifdən qaçır. Elə bu fakt onu göstərir ki, tarixdə "erməni  soyqırımı" deyilən bir şey olmayıb. Təəssüf ki, bütün bunları bilə-bilə Avropa Parlamenti belə bir sənəd qəbul edib.  Hesab edirəm ki, bundan sonra da belə təşkilatlardan ciddi məsələlərlə bağlı obyektiv, ədalətli münasibət gözləmək mümkün deyil. Eyni zamanda, Avropa  Parlamertindən də konstruktiv əməkdaşlıq gözləməyə dəyməz. Ona görə də, düşünürəm ki, Milli Məclisin növbəti iclaslarının birində Avropa Parlamenti ilə əməkdaşlığa yenidən baxılması məsələsi müzakirə olunmalıdır", - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.