YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Vətən müharibəsinin tarixi-siyasi dərsləri” kitabı işıq üzü görüb

Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Vətən müharibəsinin tarixi-siyasi dərsləri” kitabı nəşr olunub. Kitab Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı tarixi qələbənin araşdırılmasına və postmünaqişə dövrünə həsr edilib.

Yeni nəşrdə  Azərbaycanın Qarabağ bölgəsinin tarixi, süni Dağlıq Qarabağ Muxtar Vilayətinin  yaradılması və onun Azərbaycan dövlətinin hesabına inkişafı, erməni millətçilərinin tarixi Azərbaycan torpaqlarına əsassız iddiaları, keçmiş SSRİ rəhbərliyinin ermənilərə siyasi dəstəyi, eləcə də Birinci Qarabağ müharibəsinin tarixi, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə münasibəti, problemin həlli üçün ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti faktlarla analiz edilib.

Kitabda, eyni zamanda Vətən müharibəsinin gedişi və tarixi Zəfər, postmünaqişə dövrünün xarakteristikası, Azərbaycanın hərbi uğurunun, Ermənistanın isə kapitulyasiyasının səbəbləri də əsas istiqamətlərdən birini təşkil edir. Həmçinin, böyük zəfərin əldə edilməsində qardaş Türkiyənin dəstəyinə də yüksək siyasi qiymət verilib, torpaqların azad edilməsinin Azərbaycanın qanuni milli maraqlarının təmin olunması baxımından baxımından əhəmiyyəti araşdırılıb.

Qeyd edək ki, kitab ali məktəblərin humanitar fakültələrinin bakalavr və magistr pilləsinin tələbələri, eləcə də mövzu ilə maraqlanan geniş auditoriya üçün nəzərdə tutulub.    

DİGƏR Xəbərlər Arxiv