YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident: Birləşmiş Ştatlar və Birləşmiş Krallıq enerji siyasətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər

Biz Cənub Qaz Dəhlizinin komanda üzvləri, o cümlədən hökumətləri ilə fəal dialoqu davam etdirməliyik. Mən Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin - Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın hökumətlərinə fəal əməkdaşlıq etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm.

Bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

“Hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq, əlbəttə, biz artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik. Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan bu prosesin sürətləndirilməsi üçün əlindən gələni edəcək və bu, artıq başlayıb.

Birləşmiş Ştatların və Birləşmiş Krallığın hökumətlərinə də təşəkkürünü bildirən Azərbaycan Prezidenti deyib: “Onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər. Biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik. Mən, həmçinin beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına, Asiyanın İnfrastruktur və İnvestisiya Bankına, yəni Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün banklara təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, onlar, həmçinin bizim yeni planlarımızın həyata keçirilməsi, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də dəstək verəcəklər. Bunun uçun tələb olunan siyasi iradə və potensial var”.