YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Qətnamə türk və erməni xalqları arasında sülhə deyil, düşmənçiliyin qızışdırılmasına xidmət edir

«Avropa Parlamentinin uydurma erməni soyqırımına dair qəbul etdiyi qətnamə tarixi gerçəkliyi qətiyyən doğru əks etdirmir, tamamilə səhvdir». Bu fikri AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, tarix məsələləri ilə parlamentarilər deyil, tarixçilər, tədqiqatçılar məşğul olmalıdırlar. Onun sözlərinə görə, belə bir qətnamə hələ 1987-ci ildə də qəbul edilmişdi. O zaman Türkiyə Böyük Millət Məclisinin həm iqtidar, həm müxalifət, həm də bitərəf deputatları birgə etiraz sənədi də imzalamışdılar.

«İndiki qətnamə türk və erməni xalqları arasında sülhə, mehriban qonşuluğa deyil, düşmənçiliyin qızışdırılmasına xidmət edir, Türkiyəyə təzyiq, inkişafına və çoxyönlü xarici siyasət xəttinin reallaşdırılmasına mane olmaq məqsədi daşıyır. Ancaq nə qədər belə saxta qərarlar qəbul edilsə də, türk xalqının etmədiyini kimsə ona qəbul etdirə bilməz. Ən mötəbər tarixi mənbələr sübut edir ki, XX əsrdə dinc türk-müsəlman əhaliyə qarşı ilk dəfə olaraq kütləvi qırğınları erməni silahlı dəstələri 1905-1906-cı illərdə və Birinci dünya müharibəsi illərində Cənubi Qafqazda, Şərqi Anadoluda, Cənubi Azərbaycanda və başqa yerlərdə törədiblər. Daha sonra isə daşnak Ermənistanı dinc türk-müsəlamn əhalinin soyqırımını dövlət siyasətinə çevirib»- deyə, M.Qasımlı vurğulayıb.