YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmvətənlərimiz Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində girov götürülən həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi və ədalətin bərqərar olması məqsədilə Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Aksiyada azərbaycanlılarla yanaşı, ermənilərin heç bir hüquqi əsası olmayan, uydurma əməllərini qınayan əcnəbilər də iştirak ediblər.
Əllərində həmvətənlərimizin qanunsuz olaraq girov götürülməsi və uydurma məhkəmə prosesi ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları “Biz ədalət istəyirik”, “Həmvətənlərimiz azad olunsun!”, “Qarabağ Azərbaycanındır” şüarlarını səsləndiriblər.