YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada Xəzər məsələləri üzrə Azərbaycan-Rusiya ikitərəfli məsləhətləşmələrinin növbəti mərhələsi keçiriləcək

Bu gün Moskva şəhərində Xəzər məsələləri üzrə Azərbaycan-Rusiya ikitərəfli məsləhətləşmələrinin növbəti mərhələsi başlayır.

Məsləhətləşmələrdə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya Federasiyası tərəfindən isə Rusiya Federasiyası Prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiya üzrə xüsusi nümayəndəsi, Xəzər dənizinin hüquqi statusu üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikovun iştirakı nəzərdə tutulub.