YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur

Mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Vyetnamın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı sarayın həyətində Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.

Hərbi orkestrin ifasında Azərbaycanın və Vyetnamın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Truonq Tan Sanqa təqdim edildi.

Sonra prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

 

DİGƏR Xəbərlər Arxiv