YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 26 İyun - Silahlı Qüvvələri Günü münasibətilə “Rəşadətli Azərbaycan ordusu” mövzusunda tədbir keçirib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, şəhid ailələri, qazilər, veteranlar və partiya fəalları iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, xalqımızın böyük oğlu, müasir müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci tarixli Sərəncamına əsasən, 26 iyun tarixi hər il ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində xalqımız Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük Qələbə qazandı: “Məhz bu böyük Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Biz bu möhtəşəm Qələbəyə görə bu il Silahlı Qüvvələr Gününü daha yüksək əhvali-ruhiyyə ilə qeyd edirik”.

Seyfəddin Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. S.Əliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışıb.

Tədbirdə Vətən müharibəsi iştirakçısı Cəmaləddin Məmmədov, partiya fəalları Rafiq Abbasov, Şəbnəm Fərzullayeva və başqaları çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin igidliyi, qəhrəmanlığı, rəşadəti və Vətən müharibəsində qazanılmış böyük tarixi Qələbə barədə öz fikirlərini bölüşüblər.