YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Fərid Hüseynovun doğum günü qeyd olunub

Cəlilabadda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Hüseynov Fərid Fətəli oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, təşkilat nümayəndələri və partiya fəalları Bəcirəvan kəndində şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları şəhidin ailəsinə də baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.

DİGƏR Xəbərlər Arxiv