YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən RİH başçısı Vasif İmanov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, məsul vəzifələrində onlara nailiyyətlər arzulayıb. O, bu günün yaranma tarixi, Azərbaycanda dövlət qulluğunun formalaşması və inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasovun sözlərinə görə, Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət qulluğunun müasir dünya standartlarında tənzimləməsi istiqamətində mühüm addımlar ataraq, bu sahənin hərtərəfli normativ-hüquqi bazasını yaratdı. Müasir dövrümüzdə isə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan məmuru və bütövlükdə dövlət qulluqçularının maddi təminatı və sosial müdafiəsi gücləndirildi, onlar bir sıra güzəşt və imtiyazlar əldə etdilər. Həmçinin qeyd olunub ki, dövlət qulluqçularının bir çoxu partiyanın fəaliyyətində aktiv şəkildə iştirak edirlər.

Tədbirin sonunda qulluqda və partiyanın təşkil etdiyi tədbirlərdə fərqlənən bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim olunub.