YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Postmünaqişə dövrünün hədəfləri sırasında ordumuzun daha da gücləndirilməsi əsas yer tutur

Etibar Hacıyev

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri 

Bu gün Azərbaycan tarixi Zəfərimizin reallıqlarını yaşayır. İşğaldan azad edilmiş torpaqlara yeni nəfəs verilir, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində səylər göstərilir. Azərbaycan 30 illik işğal dövründə bu günü səbirsizliklə gözləyirdi. Artıq iki ilə yaxındır ki, tarixi günlərimizi, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd edir, bundan böyük qürur hissi keçiririk. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə bir daha şanlı Qələbəmizi şərtləndirən amillərdən, Azərbaycanın qarşıdakı dövr üçün hədəflərindən geniş bəhs etdi, Ermənistana və ona 30 illik işğal dövründə dəstək verən,  bu gün də ikili standartlara əsaslanan siyasətindən əl çəkməyən bəzi dövlətlərə mesajlarını çatdırdı.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman hərbçilərlə çoxsaylı görüşlərində, hərbi paradlarda bu bəyanatı böyük əminliklə səsləndirirdi ki, gün gələcək  öz doğma torpaqlarımızı qaytaracağıq. Ermənistan öz xoşu ilə  torpaqlarımızdan çıxmasa,  hərbi yolla Qarabağ məsələsini həll edəcəyik.

Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Tarixi Zəfərimiz xalqımızın böyüklüyünü, yenilməz ruhunu, güclü iradəsini göstərdi. 44 gündə 30 ilin işğalına son qoymaqla bir daha dünyaya bəyan etdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Uzun illər aparılan danışıqların əsasında məsələnin sülh yolu ilə həll olunması istəyimiz dayanırdı. Amma Ermənistan və ona havadarlıq edən dövlətlər danışıqların imitasiya naminə aparılmasında maraqlı olduqlarını hər addımda təsdiqləməklə  Vətən müharibəsinə gətirib çıxardılar. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirdi. Dövlət başçısı İlham Əliyev  Kəlbəcərdən bu bəyanatı da böyük inamla səsləndirdi ki,  müzəffər xalq, qalib dövlət kimi bundan sonra bu torpaqlarda  əbədi yaşayacağıq.

30 ilin işğalına 44 gündə son qoyulması Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatı oldu. Ölkəmiz bu illər ərzində gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Döyüş meydanında üstünlüyü ələ almağımızı şərtləndirən amillər sırasında informasiya cəbhəsində qələbəmiz əsas rol oynadı. Azərbaycan hər zaman  Ermənistanın illərdir ərazilərimizi işğal altında saxlamasına dünya güclərinin laqeyd yanaşmasına narazılığını bildirdi. Haqq-ədalət Azərbaycanın tərəfində olduğu halda işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” demədi.  Ona görə bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan ədaləti özü təkbaşına bərpa etdi, işğala son qoydu, dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu, onların tətbiqi üçün vahid mexanizmə ehtiyac olduğunu çatdırdı. 28 ilə yaxın dövrdə saralmış kağız üzərində qalaraq icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan özü təkbaşına icra etdi.

Şanlı Qələbəmiz gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunduğunu nümayiş etdirdi. Vətən, torpaq sevgisi ilə yaşayan Vətən oğulları silaha sarılaraq  canları, qanları ilə tarix yazdılar. Azərbaycanın ərazi bütövlüyü təmin edildi, milli qürurumuz özümüzə qayıtdı. Zəfərə gedən yol daim təhlil edilməli, indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin qarşıında dayanan vəzifə olmalıdır. Bu gün beynəlxalq ekspertlər Azərbaycanın müharibə təcrübəsini öyrənir, dünyanın əksər dövlətlərində  bu müharibə dərsliklərə salınır. Bu, Azərbaycan dövlətinin öz torpaqlarına sahib olmaq üçün göstərdiyi qətiyyətin, xalqımızın yenilməzliyinin, ordumuzun  gücünün, qüdrətinin nəticəsidir. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı azad etmək böyük qəhrəmanlığın, şücaətin  göstəricisidir. Azərbaycan xalqı sübut etdi ki,  həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi, məhəbbət nöqteyi-nəzərindən böyük xalqdır. Bu gün hər bir azərbaycanlı qürurludur. Qalib xalqın nümayəndələri kimi yaşamaq böyük xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  inamla, qürurla bəyan etdiyi kimi, bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.

Postmünaqişə dövrünün  hədəfləri sırasında ordumuzun daha da gücləndirilməsi əsas yer tutur. Ölkə Prezidenti Kəlbəcərdən bu çağırışı etdi ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır.