YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abdolreza Mesri: Bizim parlament şəbəkəsini gücləndirmək üçün yaxşı imkanlarımız var

Bizim parlament şəbəkəsini gücləndirmək üçün yaxşı imkanlarımız var. Parlamentlər arasında iklüziv qərarvermə üzrə əməkdaşlıq olmalıdır.

Azərbaycan hökumətinə və parlamentinə bu tədbiri təşkil etdiyinə görə təşəkkürümü bildirirəm.

Bu sözləri Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak edən İran parlamenti sədrinin müavini Abdolreza Mesri çıxışı zamanı söyləyib.

İran parlamenti sədrinin müavini vurğulayıb ki, dünyanı diqqətini müstəqil dövlətlərin güclü səsinə cəlb etmək lazımdır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çoxtərəflilik, mövcud problemlərlə mübarizə aparmağa bizə imkan verəcək.

İran hökumətinin işğala qarşı çıxdığını qeyd edən Abdolreza Mesri ölkəsinin münaqişələrin dinc yolla həll edilməsini dəstəklədiyini vurğulayıb.