YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan şəhər inkişafı sahəsində əldə etdiyi nəhəng təcrübəsini gələcəkdə beynəlxalq ictimaiyyətlə bölüşəcək

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

44 günlük vətən müharibəsində Erməni vandallarının işğalından azad edilmiş Azərbaycan ərazilərində yerləşən çoxəsirlik Azərbaycan şəhərlərinin acınacaqlı şəkildə darmadağın edilməsi xalqımız üçün dayanıqlı şəhər inkişafı anlayışını daha anlamlı edir və bu anlayış yurd-yuvası ermənilər tərəfindən dağıdılmış hər bir azərbaycanlı üçün daha böyük dəyər kəsb edir. 30 illik işğal zamanı yer üzündən silinmiş 9 Azərbaycan şəhəri və yüzlərlə kəndinin acınacaqlı taleyi yalnız Azərbaycan xalqına qarşı deyil, bəşər sivilizasiyasına qarşı yönəldilmiş bir vandallıq aktıdır ki, postmünaqişə dövründə azad olunmuş doğma torpaqlarımıza səfər edən xarici diplomatlar, jurnalistlər, beynəlxalq qeyri-hökumət təşkilatların nümayəndələri bu vandalizm aktının şahidi olmuş, dağıntıları öz gözləri ilə görməklə yanaşı, həm də tam miqyasda sənədləşdirə bilmişdilər.

Bu baxımdan cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında möhtərəm prezidentimiz İlham Əliyevin çıxışı tarixi əhəmiyyət daşıyır.

Məlum olduğu kimi BMT Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli  qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığını təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət gündəlik təsdiq edilmişdir. Uyğun olaraq Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində iş aparmaq, dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən prioritetləri əlaqələndirmək üçün Azərbaycan Respublikasının Prezidenti 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalamışdır. Təsadüfi deyil ki, ölkəmiz BMT-yə üzv olduğu 30 ildə yüksək səviyyədə fəaliyyət göstərmiş, beynəlxalq təşkilatların təqdim etdiyi layihələrdə layiqincə iştirak etmiş və Dayanıqlı İnkişaf Məqsədləri proqramında böyük səy göstərən dövlətlərdən biri kimi qəbul olunmuşdur.

Sülhsevər Azərbaycan xalqının, onun dövlətinin əsas hədəfi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dayanıqlı şəhər və kəndlər inşa etmək, postmüharibə dövründə regionda dayanıqlı sülhün əldə olunmasına nail olmaqdır. 30 illik işğalıa rəğmən Ermənistanla münasibətləri normallaşdırmaq, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında sülh müqaviləsi imzalamaq  istəyində olan Azərbaycan tərəfinin sülh danışıqları üçün 5 əsas prinsip irəli sürməsi və qarşı tərəfin sulh gündəliyini qəbul etməsi bölgənin yaxın zamanlarda sülh və əməkdaşlıq regionuna çevriləcəyinə ümid yaradır.

Hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma işləri xarakterinə görə çox mürəkkəb və icrasına görə olduqca iddialıdır. Xüsusilə, torpaqların minalardan təmizlənməsi nəzərdə tutulan yenidənqurma işlərinin qarşısında duran ən böyük çətinlikdir. Bu, görülən işlərin sürətinin aşağı düşməsi ilə yanaşı, həm də 30 il doğma torpaqlarından uzaqda yaşamaq məcburiyyətində qalan məcburi köçkünlərin qayıdışını ləngidir. Bununla belə, Azərbaycanın öz maliyyə resursları hesabına apardığı irimiqyaslı yenidənqurma işləri azad edilmiş ərazilərimizdə şəhər inkişafı sahəsində dövlətimizi mükəmməllik laboratoriyasına çevirir ki, Azərbaycan bu sahədə nəhəng təcrübəsini gələcəkdə beynəlxalq ictimaiyyətlə bölüşəcək. Azərbaycanın bu istiqamətdə apardığı nəcib fəaliyyətində tək olmadığı inamını gücləndirmək üçün ölkəmizə beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, işğal dövründə basdırılmış bir milyondan artıq minanın təmizlənməsinə beynəlxalq dəstək müasir şəhər planlaşdırılması həyata keçirən, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edən Azərbaycan üçün olduqca önəmlidir və gələcəkdə Ağalı “ağıllı kənd”i timsalında dünyada nümunə olacaq şəhər və kəndlərin salınmasına şərait yaradacaq.

DİGƏR Xəbərlər Arxiv