YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif olunub

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 18 əməkdaşı “Vətən uğrunda” medalı, 7 əməkdaşı isə “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Prezidentin digər Sərəncamı ilə Daxili İşlər Nazirliyinin dörd əməkdaşına polis general-mayoru ali xüsusi rütbəsi verilib.