YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pandemiya və post müharibə dövründəki urbanizasiya məsələlərinə münasibətdə Azərbaycan nümunəsi

Kamil Qurbanlı

YAP Biləsuvar rayon təşkilatının sədri

Koronavirus pandemiyasının dövlətlərin və cəmiyyətlərin inkişafına vurduğu  zərərlərin  aradan qaldırılmasından ötrü hələ uzun  zaman sərt etmək lazım gələcək. Bu zərərlər heç şübhəsiz ki, hər sahədə olduğu kimi insan məskənlərinin, xususən böyük şəhər və qəsəbələrin inkişafı və genişlənməsinə də təsiriz ötüşmədi. Odur ki, postpandemiya dövründə  beynəlxalq səviyyədə  müzkirə mövzusu olan  məsələlərdən biri də məhz urbanizasiya - cəmiyyətin  inkişafında  şəhərlərin rolunun  artmasıdır. Urbanizasiya  prosseslərini  şərtləndirən amillər şəhər əhalisinin artması, əhali və  təsərrüfatların şəhərdə cəmləşməsi, şəhər həyat tərzinin yayılması, şəhərlərin  coğrafiyasının  artaraq  miqapolislərə  çevirlməsidirsə, burada  həm də  sənayenin həcminin  artması şəhərin həm mədəni, həm siyasi  funkisayalarının  yüksəlməsi, əmək bölgüsünün strukturunun dəyişməsi amilliəri də mühüm rol oynayır. Məhz pandemiyanın bir neçə il mövcudluğu beynəlxalq aləmdə qeyd etdiyim istiqamətlər üzrə şəhərlərin  inkişafını sanki “tormozladı”. Nəticə etibarı ilə xüsusən böyük meqapolislərdə ilk  növbədə əmək bölgüsünün  strukturu zədələndi. Bu daha çox iş yerlərinin  ixtisarı, yaxud  əmək haqları  saxlanılmaqla işlərin dayanması, eyni zamanda  yeni  layihələndirilən iş  yerlərinin açılması planlarının təxirə salınması ilə müşayət olundu. Bundan başqa  pandemiya dövründə mədəni və siyasi kütləvi tədbirlərin və  bu istiqamətdə həyata keçirilməsi  planlaşdırılan digər işlərin təxirə salınması, şəhər iqtisadiyyatının  əsasını təşkil edən  sənayenin həcminin azalmasına və eyni  zamanda əhali   məskunlaşmasının   ləngiməsinə  və nəhəng şəhərlərdə demoqrafik  sturuktura  zərbəsiz ötüşmədi.

Əlbbətdə bu qeyd olunanlar heç də  dünyanın bütün dövlətlərində  eyni templə baş vermədi. Çünki dövlətlərin iqtisadi gücünə,  düşünülmüş daxili siyasətinə və pandemiya  ilə əlaqədar həyata keçirilən  qabaqlayıcı  tədbirlərin həcminə görə  ayrı-ayrı  ölkələrdə  nəticələrdə fərqli oldu. Böyük fəxr hissilə, qururla qeyd edə bilərik ki, respublikamızda  bu istiqamətdə həyata keçirilən  çevik  siyasət və bu siyasətə uyğun icra olunan  layihə və planlar öz yüksək  effektliyi ilə  dünya dövlətləri üçün  nümunəyə çevrildi.

Beynəlxalq təşkilatların xüsusilə Ümumdünya Səhiyə Təşkilatı pandemiya əleyhinə və onun nəticələrinin aradan qaldırılmasından ötrü görülən işlərə, eyni  zamanda dünyada bu bəla ilə aparılan  mübarizəyə verdiyi  töhvələrə görə  dəfələrlə Azərbaycan  Respublikasının  Prezidentinə və hökumətinə  minnətdarlığını bildirdi.

Odur ki, Polşa Respublikasının Katorutse  şəhərində 27 iyun 2022-ci il tarixdə “Daha yaxşı gələcək naminə  şəhərlərimizi dəyişək” adlı Ümumdünya şəhər Formunun XI sessiyasında  Azərbaycan Respublikası Prezidentinin nitqi,  dövlətmizin   sessiyanın gündəliyi ilə əlaqəli  işlər sahəsində  yürütdüyü siyasət, əldə  olunan nəticələr və gələcəkdə görüləcək işlərlə  bağlı  mövqeyi  iştirakçı dövlətlərin  nümayəndələrinin böyük  marağına səbəb olmuşdur.

Forumda paytaxt Bakının  simasının  qorunub saxlanılması ilə parallel sahədə aparılan  urbanizasiya və  yenidənqurma,  torpaqlarımızın 30 illik işğalı dövründə  qarət olunması,  bu müddət ərzində  9 şəhərin, 100-lərlə  kənd və qəsəbənin məhv  edilməsi barədə məlumatların   təqdimatı,  mühüm əhəmiyyət kəsb edirdi.

Pandemiya və postmühribə dövründə işğaldan azad olunmuş ərazilərimizdə “Yaşıl enerji,  sıfır tullantı”  konsepsiyasının icrası,  Zəngilan rayonunu Ağalı kəndində “Ağıllı  kənd” layihəsinin icrası, ölkə rəhbərinin  uzaqğörən və  təkcə respublikamız üçün  deyil, bütün dünya üçün önəm  daşıyan  işləri və tədbirləri Ümumdünya  Şəhər Formunun  iştirakçılarının  diqqət  və marağına səbəb olmuşdur.

Eyni zamanda Azərbaycanla bağlı bu kimi məsəllələrin Beynəlxalaq  turbinalardan səsləndirilməsi, həyata keçirilən  layihələrin dünya  ictimayəti üçün də  əhəmiyyətlini önə çəkir və beynəlxalq  dəstəyin də vacib olduğunu sübut edir.

Bir sözlə Polşanın Katovitse şəhərində  baş tutmuş Ümumdünya Şəhər Forumunu  XI sessiyası Azərbaycanın Beynəlxalq  arenadakı  mövqelərinin   möhkəmlənməsi və sessiyanın  gündəliyi ilə əlaqədar gələcəkdə  görüləcək  işlərə töhvə vermək  baxımından  olduqca əhəmiyyətli hadisə  kimi yaddaşlarda qalacaq.